Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 12:55:16
Komitə rəsmisi: “Xarici ölkələrdə Azərbaycan məktəbi fəaliyyət göstərir”

 

“Yaradılışımızdan bu yana bizi birləşdirən əsas dəyər ana dilimizdir”.

 

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Diasporla iş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimindəki çıxışında deyib.

 

Onun sözlərinə görə, azərbaycançılıq ideyasının özəyi ana dilimizdir:

 

“Bir sıra xarici ölkələrdə Azərbaycan məktəbi fəaliyyət göstərir. Lakin həyata keçirilən bu layihə ana dilimizin təbliğ edildiyi coğrafiyanı daha da genişləndirəcək”.


“Bu gün dünyada 50 milyon azərbaycanlı yaşayır. Bu layihənin həyata keçirilməsində Diasporla İş Üzrə Dövlət Komitəsi olaraq əlimizdən gələni etməyə hazırıq”, - D.Rəcəbli vurğulayıb.