Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 13:08:53
DİM təhsil ekspertinin fikirlərini təkzib etdi

Dünən buraxılış imtahanlarında dəyişiklik olacağı ilə bağlı təhsil eksperti Elçin Əfəndinin açıqlamasını təqdim etmişdik.


Ekspert bildirib ki, növbəti tədris ilində buraxılış imtahanlarında “Azərbaycan dili” fənni üzrə oxuyub-anlama mətnləri tətbiq ediləcək.


 


Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq.

 


AzEdu.az xəbər verir ki,  O, Bakupost.az -a açıqlamasında məlumatın doğru olmadığını bildirib:

 


"Buraxılış və qəbul imtahanlarında oxuyub-anlama qabiliyyətlərinin ölçülməsi ilə bağlı mətnlər uzun müddətdir tətbiq olunur və yenilik deyil".