Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 11:59:43
Yalançı əlaçılar: 10 faizi qəbulda 200-dən aşağı bal yığıb – Qiymətlər şişirdilir?  

 

 

2022-ci ildə orta məktəbi "əlaçı" kimi bitirmiş 149 abituriyent qəbul imtahanında 0-100 bal arası nəticə göstərib. Məktəbi “əlaçı” kimi bitirən daha 907 abituriyentin balı isə 100-200 aralığında olub. Əlavə olaraq eyd edək ki, ötən il məktəbi “əlaçı” kimi başa vuran şagirdlərin təxminən 10 faizi qəbul imtahanında 200-dən aşağı nəticə göstərib. Qeyd olunan statistikalar Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.

 

Buradan belə bir sual meydana çıxır: “Orta məktəblərdə şagirdlərə şişirdilmiş qiymətlər yazılır?”

 

 

 

Məsələni AzEdu.az-a şərh edən təhsil eksperti Vüsət Əzizov qeyd edib ki, əvvəllər buraxılış imtahanının nəticəsi qəbul balına təsir etmədiyi üçün xeyli sayda şişirdilmiş qiymətlər yazılırdı. İndiki dövrdə isə belə hallara nisbətən az rast gəlinir:

 

“Yeni qaydalara görə məktəbdə illik qiymətlər buraxılış imtahanından 2 fəndən 75+ bal toplayan şagirdlər avtomatik olaraq əlaçı olurlar. Digər qiymətləri də “5” olduqda qırmızı attestat verirlər”. 

 

 

Ekspert bütün bunlara rəğmən şişirdilmiş qiymətlərin yazılmasını da istisna etmir:

 

 

 

“Ama şişirdilmiş qiymətlərin yazılması da istisna deyil. Şişirdilmiş qiymətlər buraxılış, ya da blok imtahanında özünü göstərir. Səhv etmirəmsə, millət vəkili Fazil Mustafa deyib ki, qırmızı diplomla əlaçı olaraq bitirən şagirdlər imtahandan 200-dən aşağı bal toplayıb. Ancaq bu həqiqəti əks etdirmir. Çünki buraxılış imtahanında 75-i 3-ə vurduqda 230-dan yuxarı edir. Buradakı yanlışlıq ondan ibarətdir ki, sadəcə bir imtahanın nəticəsinə görə qərar verirlər”.

 

Belə bir fakt var ki, əvvəllər buraxılış imtahanının nəticəsi qəbul balına təsir etmədiyi üçün xeyli sayda şişirdilmiş qiymətlər yazılırdı. İndiki dövrdə isə belə hallara nisbətən az rast gəlinir”.