Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 16:02:38
“İngilis dilini bilmir, elmi işində bu dildə mənbə göstərir” - Azərbaycan elmində plagiat!

“Hörmətli elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl dissertasiya işləri ilə bağlı, daha dəqiqi elmi-tədqiqat işlərində plagiatlıq barədə çox maraqlı fikir demişdi. Əslində Emin müəllim tamamilə haqlı idi”. 

 

Bunu AzEdu.az-a  təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, bu gün Azərbaycanda elm teatr səhnəsini xatırladır.

"Elmi tədqiqat işlərinin əksəriyyəti başqaları tərəfindən yazılır. Sonra da simvolik müdafiə məclisləri təşkil edilir, pulu alıb işi yazan ora özü kimilərini dəvət edib bəytərifi söyləyirlər və sonra da həmin şəxs alim olur".
 

 Kamran Əsədov: "Azərbaycanda təhsil müddətinin dünya standartları ilə  uyğunluğu çox azdır"


“Azərbaycan elmində o qədər elmi dərəcəsi olan alim var ki, dissertasiya işində rus və ingilis dilindəki ədəbiyyatlardan, mənbələrdən istifadə edib, amma özü bu dilləri bilmir. Düzdür, tərcümə xidmətindən istifadə etmək mümkündür, amma onlar bunu etməyiblər. 

Çalışacam ki, yay aylarında Azərbaycanda dissertasiya işləri, onların plagiat və digər yazanları ilə bağlı məsələləri adları ilə yazım". 

 

Ekspert bildirib ki, alim həm də etik normalara riayət etməlidir:


"Öz maddi maraqlarına elmi qurban verməməlidir. Bu kimi problemlərin həlli istiqamətində yeni yaradılacaq agentlikdən gözləntim böyükdür".


K.Əsədovun fikrincə, bu gün Azərbaycan elmi iflasa uğrayıb.


"Ola bilsin ki, elmi dərəcəsi, elmi adı olan çox adam var. Amma qəbul edək ki, elmin vəziyyəti, tədqiqat işlərinin aparılmasında inhisarçılıq, monopoliya var. 
Misal üçün, hazırda AMEA kimi ciddi elmi mərkəzin elmi işlərlə məşğul olanların əksəriyyəti ancaq ona - buna elmi iş, məqalə yazırlar. Əlbəttə ki, bunu öz ehtiyaclarını ödəmək üçün edirlər. Çünki elmə, alimə ayrılan vəsait də azdır, lakin bu, ona əsas vermir ki, başqasının yerinə elmi iş yazsın”.