Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 09:48:21
BSU-nun 520 tələbəsi təhsil krediti alıb  

 

Tələbə Təhsil kreditləri respublikamızın ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi üçün verilir.

 

 

AzEdu.az olaraq 2022/2023 tədris ili müddətində universitetlərdən ümumi nə qədər təhsilalanın Tələbə Təhsil Kreditinə müraciət etməsinə dair ali təhsil müəssisələrinə sorğu ünvaladıq. Bakı Slavyan Universiteti üzrə Təhsil Tələbə Kreditinə 2021-ci ildən indiyədək ümumilikdə 520 müraciət daxil olub. Bunlardan 230-u bakalavriat, 290 magistratura səviyyəsini əhatə edir. Bu barədə Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynab Kazımzadə AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib:

 

 

“Bakalavriat səviyyəsi üzrə müraciət sayı: Xarici dil müəllimliyi fakültəsinin Xarici dil müəllimliyi (müvafiq dil üzrə) ixtisası üzrə 76, Təhsil fakültəsinin İbtidai sinif müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət, Məktəbəqədər təlim və tərbiyə və Korreksiyaedici təlim ixtisasları üzrə 25, Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 40, Filologiya (müvafiq dil və ədəbiyyat üzrə) ixtisası üzrə 25, Humanitar və sosial elmlər fakültəsinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika ixtisasları üzrə 41, Tərcümə fakültəsi Tərcümə (müvafiq dil üzrə) ixtisası üzrə 23 olub”.