Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 17:38:00
 Professor:  “Azərbaycanda heç bir elmin tarixi yazılmayıb”

“Elm və təhsilimizin səviyyəsini aşağı salıblar. Bu, məni olduqca narahat edən bir məsələdir. Ali məktəblər üçün 6 dərslik yazmışam. Bunu respublikada heç kim etməyib. Bunu nə siz, nə də nazirlik işçiləri bilir”.

 

Bu sözləri Filologiya elmləri doktoru, professor Adil Babayev deyib. O qeyd edib ki, o təhslimizin öləziməsinin səbəbini orta və ali məktəb müəllimlərinin nüfuzdan salınmasında görür:

 

“ 62 ilin professoruyam. Nazirlik əməkdaşları tələbələrim yaşda insanlardır. Mən  istəsəm nazirin qəbuluna düşə bilərəm? Xeyr. Bu, ondan asılı bir amil deyil. Sistem belə təşkil olunub. Azərbaycan Milli Elmlər Akademiyasını ləğv edib, Elm və  Təhsil Nazirliyinə birləşdiriblər. Təhsilin özündə elm olmalıdır.

 

Testlərdə verilir ki, “Dədə Qorqud dastanında Qazan xanın atı nə rəng idi?”. Bu məlumat heç kimə lazım deyil. Nazir bu nöqteyi nəzərdən deyir ki, bu məlumat beyində uzun müddət qalmayacaq, silinib gedəcək. Məsələn, “Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanında İrakli ilə Vaqif hansı dildə danışıblar?”. Düzgün cavab verdisə, əla, imtahandan keçdi. Keçmişdə isə hadisənin mahiyyəti öyrədilirdi. Köklü biliklər aşılanırdı.

 

Tələbə bu kimi şeylərlə oxuyub, qurtarır. İmtahanı bu suallarla başa vurur. Daha sonra isə iş tapmır, bildiklərini unudur. İşləməyə başladıqdan sonra isə sertifikasiya imtahanı verir. Burda da biliklərini unutduğu üzə çıxır.

 

Şagirdlərin telefonla müəllimi ifşa etməsinin qarşısı alınsa, müəllimin nüfuzu olar. Əvvəllər müəllimlərin təkmilləşdirilmə kursları var idi. İndi isə yoxdur. Məsələn, Bakı Dövlət Universitetində müəllimlər 5 ildən bir təkmilləşdirmə kurslarına gedirdi. Təhsil sistemində olan bütün yenilikləri öyrənib, gəlib tətbiq edirdilər. Amma indi bunların hamısı ləğv olunub. Sadəcə kurikulum ortaya atılıb.

 

 

İndi şagirdlər, tələbələr müəllimi saymırlar, müəllimin yanında uyğunsuz hərəkətlər edirlər. Biz müəllimi görəndə yol verir, hörmət göstərərdik. Mən özümü bizim dövrdəki professorlardan əskik saymıram. Onlar 1 dərslik yazmışdısa, mən 6 dərslik yazmışam. Məsələn, indiyə qədər heç bir elmin tarixi yazılmayıb. Azərbaycanda riyaziyyat, fizika, kimya elminin tarixi ilə bağlı kitablar yazılmayıb. Mən Azərbaycan dilçiliyinin tarixi ilə bağlı iki cilddə kitab yazmışam. Elmimizə tariximizə əhəmiyyət vermək lazımdır. Əhəmiyyət verməsək, onun bir gələcəyi olmaz.

 

Müəllim bilmir necə davransın ki, onun şəklini çəkib yaymasınlar. İndi V beşinci sinifdən yuxarı demək olar ki, hamının telefonu var. Biz orta məktəb müəllimini müqəddəs bir şəxs hesab edərdik. İndi isə hörməti yoxdur.

 

İmtahanları başqa cür ediblər. Məsələn, ingilis dilinin magistrantı akademiyada ingilis dilindən imtahan verməlidir. Niyə?

 

Test üsulu krossvord həll etmək kimidir. Köklü biliklər yoxlanılmadığına, ötəri krossvord sualları həll etdiklərinə görə informasiyaları unudurlar. Belə bir həqiqət var ki, ölkədə müəllimlər savadsız vəziyyətə düşürlər”.