Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 12:26:38
“Azərbaycan-Gürcüstan ortaq universitetinin yaradılması vacibdir”  

 

İyunun 25-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycandilli Məktəblərin Müəllimlərinin 1- ci qurultayı keçirilib. Bu qurultay Gürcüstanın müstəqillik illərində reallaşan 1 - ci qurultaydır.

 

Qurultayla bağlı vacib xəbər ortaq Azərbaycan-Gürcüstan universitetinin yaradılması təklifinin irəli sürülməsidir. Təkliflər Gürcüstan, eyni zamanda Azərbaycan hökumətlərinə təqdim olunacaq.

 

Qələbə hökmən bu millətin alnına yazılıb” - Zəlimxan Məmmədli (MÜSAHİBƏ) -  Unikal.az 

 

Mövzunun əhəmiyyəti ilə bağlı əslən Borçalıdan olan ictimai xadim Zəlimxan Məmmədli AzEdu.az-a danışıb.

 

 

Müsahibimiz deyib ki, Azərbaycan və gürcü vətəndaşların təhsil alacağı bir ali təhsil müəssisəsi güclü inteqrasiyadan xəbər verir:

 

 

 “Bizim də zaman-zaman təklif etdiyimiz, qurultayı keçirən heyətin də təklif və təsdiq etdiyi iki dövlətin ortaq universitetinin yaradılmasıdır. Bu, vacib məsələdir. Həm gürcü, həm də Azərbaycan dilinin avtoritet olduğu bir təhsil ocağı olmalıdır. Azərbaycan və Gürcü vətəndaşların təhsil alacağı bir ali təhsil müəssisəsi güclü inteqrasiyadan xəbər verir. Sözügedən universitet yaxın 10 ildə bizim müşahidə etdiyimiz problemlərin həll olunmasında böyük rola malik olacaq”.

 

 

Z.Məmmədli hazırda Gürcüstanda Borçalı türklərinin inkişafının gələcəkdə fəsadlı olması ilə bağlı bir yanlış fikirlərin olduğunu düşünür:

 

 

“Ümumilikdə götürdükdə Gürcüstanda müəyyən qüsurlar var, məsələn, Rusiyanın təsir dairəsi, ultradikal düşüncələr, dərin dövlətin özünün bir yanaşması və Borçalı türklərinin inkişafının gələcəkdə fəsadlı olması ilə bağlı bir fikirlər var. Bu qorxudan imtina edilməlidir. Azərbaycanlıların və türklərin olduğu yerdə vətəndaş hüquqlarından savayı Gürcüstandan istəyə biləcəyimiz əlavə bir şey yoxdur. Bu arealda assimilyassiya mümkün deyil”.