Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 17:28:00
Respublika fənn olimpiadalarında 498 medal qazanılıb - FOTO

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.

 

AzEdu.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Mərasimdə dövlət qurumlarının rəsmiləri, deputatlar, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə respublika fənn olimpiadaları üzrə qalib olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

 

Mərasimdə respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.