Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-01 11:47:30
İşçi qrupun rəhbəri: "Yüksəliş" işə düzəlmək üçün müsabiqə deyil"


""Yüksəliş" işə düzəlmək üçün müsabiqə deyil, çünki namizədlərin hamısının işi var. "Yüksəliş" idarəçi axtarışındadır".

 

 

AzEdu.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, müsabiqə qaliblərinin əksəriyyətinin vəzifəsində müəyyən yüksəliş olub:

 

"Hətta onların arasında bir neçəsi rəhbər vəzifələrə təyinat da alıb".

 

 

Ötən iki "Yüksəliş" müsabiqəsindən fərqli olaraq bu il namizədlərə üç yeni keysin təqdim olunduğunu deyən F.Hacıyev vurğulayıb ki, bu, Azərbaycandakı mövcud situasiyalarla bağlı olacaq: "Yəni, Qarabağda işsizlik, Mingəçevirdə baş vermiş fövqəladə vəziyyət, Ulu Öndər Heydər Əliyevin ölkəmizə verdiyi töhfələr haqqında keyslər namizədlərə təqdim olunacaq".

 

 

"Təəssüf ki, builki müsabiqədə də qadın namizədlərin müraciətlərində artım olmayıb. Artımın tərəfdarı olsaq da, bu göstərici kifayət deyil. Çalışacağıq ki, daha çox qadın idarəedicilərlə bağlı təbliğat işlərini gücləndirək", - İşçi qrupun rəhbəri əlavə edib.