Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 15:55:11
Direktor olmaq istəyənlər bunu bilsinlər: “Liderlik xüsusiyyəti...”  

Direktorlar da müəllimlərdə olduğu kimi, işə qəbul imtahanı verir və müsahibə mərhələsinə keçirlər. Oradan da uğurlu nəticə əldə edirlərsə artıq müəyyən bir vakasniya üzrə yerləşdirilirlər.

 

 

Bəs direktor olmaq üçün sadəcə nəzəri biliklər və 5 il iş təcrübəsinin olması kifayət edirmi?

 Keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq" - Elçin Əfəndi

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi direktor olmaq üçün liderlik xüsusiyyərinin tələb olunduğunu qeyd etdi:

 

 

“Direktorların işə qəbul imtahanı əvvəlki dövrlərdən fərqli olaraq Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə və müsahibə yolu ilə reallaşır. Əvvəlcə test imtahanı, daha sonra isə müsahibə mərhələsi olur. Təbii ki, burada onların bilik və bacarıqları ilə yanaşı, liderlik xüsusiyyətləri də tələb olunur. Müsahibə mərhələsində həmin tələblərə cavab verirlərsə, eyni zamanda müvafiq şərtləri ödəyirlərsə, artıq onların müvafiq vakansiyalar üzrə təyinatları verilir.  

 

Bu zaman həmin müəllimləri şagird sayı 500-ə qədər olan məktəblərdə, ya da 500-dən çox olan məktəblərdə yerləşdirirlər”.