Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 15:43:47
Professordan təklif: “Onlara “Baş müəllim”, “Əməkdar müəllim” adı verilməlidir”

Müəllimlik peşəsinin nə qədər şərəfli olduğunu böyük yunan filosofu Aristoteldən başlamış dünyanın ən böyük zəkaları dönə-dönə vurğulayıblar. Təbii ki, dünyanın ən böyük alimlərini də müəllim yetişdirib. Hər bir millət öz müəllimlərini həmişə uca tutub, ona ehtiram bəsləyib.

 

Müəllimin rolu o qədər önəmlidir ki, onlarsız cəmiyyətin yaşaması, inkişafı demək olar ki, mümkün deyil. Lakin bu gün müəllimlik statusunun getdikcə aşağı düşməsi, onlara yetəri qədər dəyər verilməməsi müzakirə olunan mövzulardan biridir.

 

 

Bəs təhsilin və müəllimlərə verilən dəyərin keyfiyyətini yüksəltmək üçün hansı addımlar atılmalıdır?

 

Şahlar Əsgərov dünyasını dəyişən xanımından danışdı: "Hər saniyə  ağlımdadı..." Yeni Sabah

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövcud problemi aradan qaldırmaq üçün təkliflər irəli sürüb:

 

“Dövrümüzün qüsurlardan biri də odur ki, hər şeyi madiyyatla ölçürlər. İşin mənəvi tərəfini düşünən yoxdur. Məsələn, bir müəllim 10 il boyu fasiləsiz öz peşəsini yaxşı qaydada davam etdiribsə, Elm və Təhsil Nazirliyi ondan heç bir əlavə kağız, sənəd tələb etmədən onu fəxri fərman və tərifnamə və s. mükafatlandırmalıdır. 20 il qüsursuz işləyibsə, onu fərqləndirən “Baş müəllim”, “Əməkdar müəllim” adı verilməlidir.

 

Daha uzun illər boyu qüsursuz işləyibsə, ona təhsil qurultayında çıxış etmək üçün söz verilməlidir. Bunların heç birinin olmaması müsbət hal deyil”.