Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 12:04:43
Bu müəllimlərin maaşına əlavələr olacaq - Mərkəz direktoru  

“Sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq”.

 


AzEdu.az
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

 

O qeyd edib ki, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur:


“Keçən ilin sentyabr ayından 5600-dan çox müəllim maaşına hər ay 10 faiz əlavə alır. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay əməkhaqqısına 35 faiz əlavə alır.  Builki nəticələrə görə də əlavələr ödəniləcək”.