Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 09:42:00
9 aprel imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ

Məlum olduğu kimi, aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

İmtahan Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında təşkil olunub.

 

İmtahan verən şagirdlər səbirsizliklə nəticələrinin nə zaman elan olunacağını gözləyirlər.

 

Bəs imtahan nəticələri nə zaman açıqlanacaq?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, aprelin 9-da keçirilmiş buraxılış imtahanının nəticələrinin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

 

 

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən 16 və 30 aprel tarixli buraxılış imtahanlarının nəticələri 1 ay ərzində elan olunacaq.