Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 10:53:00
Əsas xarici dil fənninə bal məhdudiyyəti qoyulubmu?-ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ  

Hazırda imtahan ərəfəsində olan və imtahan verəcək abituriyentləti ən çox maraqlandıran suallardan biri xarici dil məsələsi ilə bağlıdır.

 

Əgər bir abituriyentin adı sistemdə xarici dil fənnindən ingilis dili üzrə qeydiyyatdadırsa, ikinci dil seçimi olaraq başqa bir dil seçdiyi zaman abituriyent üçün buraxılış imtahanında ingilis dilindən 0 bal toplaması abituriyentə necə təsir göstərir?

 

Sistemdə qeydiyyatda olduğu xarici dil fənnindən müəyyən keçid balı qoyulurmu?

 

 

AzEdu.az XI sinfi cari ildə bitirən abituriyentlərin xarici dil imtahanları ilə bağlı suallarına aydınlıq gətirir.

 

 

Xarici dil üzrə heç bir bal məhdudiyyəti yoxdur. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.