Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 18:10:00
Qəbul imtahanının nəticələrinə görə bu məktəblər fərqləndi-SİYAHI

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 27-28-də I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan abiuriyentlərin oxuduqları məktəblərin adları açıqlanıb.

 

DİM-dən verilən məlumata görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər - Qubadlı rayonu, Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri, 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu, 18 saylı şəhər orta məktəbi, Quba rayonu, Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri, 1 saylı şəhər orta məktəbi, Qazax rayonu,1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi və Quba rayonu, Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları