Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 11:00:00
18 yaşı tamam olmuş oğlanlar bu halda elektron ərizə qəbulunda iştirak edə bilər

 

AzEdu.az keçən il orta məktəbi bitirən və cari ildə 18 yaşı tamam olan oğlan abituriyentlərin universitetə qəbul olması üçün lazımi qaydalarla bağlı məsələyə aydınlıq gətirir.

 

 

Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında  əks olunmalıdır.

 

 

Bu qayda həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il iyulun 30-dək tamam olan kollec məzunlar üçün də keçərlidir.

 

 

Əlavə olaraq qeyd edək ki, keçən il orta məktəbi bitirən və 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan abituriyentlər isə özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər. Onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.