Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 10:42:00
Abituriyentlərin nəzərinə - Bu hallarda 2 aprel imtahanından xaric olunacaqsınız!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 aprel tarixində Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də növbəti buraxılış imtahanı keçiriləcək.


Bu imtahanlarda mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər iştirak edəcəklər.

 

AzEdu.az hər bir imtahan iştirakçısının bilməli olduğu vacib məqamları təqdim edir:

 

İmtahan iştirakçısına qadağandır:

- imtahana öz yerinә başqasını göndәrmәk;

- imtahan binasına, zalına mobil telefon, ağıllı saat vә digәr rabitә vasitәlәri, kalkulyator vә digәr elektron cihazlar, konspekt, lüğәt, cәdvәl, çanta, mәlumat kitabçası, xarici yaddaş qurğuları vә başqa yardımçı vasitәlәr gәtirmәk vә onlardan istifadә etmәk;

 

DİQQӘT! İmtahan iştirakçısının imtahan binasına qadağan edilmiş vasitә, vәsait vә ya әşya keçirtdiyi müәyyәnlәşdirilәrsә bu barәdә imtahan rәhbәri tәrәfindәn akt tәrtib edilir vә bu vasitә, vәsait vә ya әşyalar araşdırma aparmaq üçün Dövlәt İmtahan Mәrkәzinә tәhvil verilir.


DİQQӘT! Texniki vasitәlәrin informasiya ötürücülük xüsusiyyәtini müәyyәnlәşdirmәk mümkün olmadıqda bu vasitәlәrin dә imtahan binasına buraxılmasına icazә verilmir.

- yandırıcı, partlayıcı, kәsici, deşici, atıcı vә digәr bu növ әşyalarla imtahan binasına girmәk, özü ilә yemәk, içmәk (şәffaf plastik qabda qazsız, içmәli su istisna olmaqla), saqqız, siqaret gәtirmәk;
- sual kitabçaları paylandıqdan sonra hәr hansı bir sәbәbә görә imtahan zalını tәrk edib yenidәn geri dönmәk;
- nizam-intizam qaydalarını pozmaq, zalda yerini dәyişmәk, gәzişmәk, yerindәn durmaq vә bu kimi hallarla imtahanın gedişinә mane olmaq;
- başqasının cavab vәrәqinә, sual kitabçasına baxmaq vә ya öz cavab vәrәqinә, sual kitabçasına başqasının baxması üçün şәrait yaratmaq;
- “İmtahan başlandı!” elan olunan andan 1 saat müddәtindә vә imtahanın son 15 dәqiqәsi әrzindә sәbәbindәn asılı olmayaraq imtahan zalından çıxmaq;
- nәzarәtçiyә test tapşırıqlarının hәllindә kömәk üçün müraciәt etmәk;
- Cavab vәrәqini vә sual kitabçasını nәzarәtçiyә tәhvil vermәdәn imtahan zalından çıxmaq.

 

DİQQӘT! İmtahan iştirakçısının göstәrilәn hәrәkәtlәrә yol vermәsi halları aşkar edildikdә o, imtahandan xaric olunur vә onun imtahan nәticәlәri DİM tәrәfindәn lәğv olunur.


DİM iştirakçının imtahan qaydalarına zidd hәrәkәtini imtahandan sonra da aşkar etmәk üçün müxtәlif üsullardan istifadә edir.
Әgәr Siz imtahan zamanı qaydaların pozulması halları ilә rastlaşsanız, mütlәq nәzarәtçiyә müraciәt edin, nәzarәtçi lazımi ölçü götürmәzsә, imtahan rәhbәrinin vә ya DİM-in nümayәndәsinin zala gәlmәsini tәlәb edin.


Nәzarәtçi müәllimlәr qeyri-fәnn müәllimlәridir. Onların vәzifәsi imtahanın gedişi zamanı nizam- intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdәn sonra Sizin onlara sual vermәniz, onların sizә yaxınlaşıb hәr hansı bir mәlumat almaq üçün müraciәt etmәsi imtahan qaydalarına ziddir.


Nәzarәtçi müәllimlәrin fәaliyyәti imtahan prosesinin tәlәblәrinә uyğun olmazsa, bu barәdә imtahan rәhbәri zala gәldikdә ona mәlumat verin. Siz imtahan binasından çıxdıqdan sonra imtahanın gedişi ilә әlaqәdar şikayәtlәrinizә baxılmayacaqdır.

 

Sizә müvәffәqiyyәtlәr arzulayırıq!