Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 09:34:00
İmtahan öncəsi 50 ağrıkəsici udan şagird zəhərləndi

Moskva şəhərində yerləşən orta məktəblərdən birinin 7-ci sinif şagirdi ingilis dilindən sınaq imtahanı verərəkən stress səbəbindən içdiyi ağrıkəsicidən özünü zəhərləyib.

AzEdu.az xəbər verir ki, bu barədə Shot teleqram kanalının məlumatında bildirilib.

Məlumata görə, 13 yaşlı qız evdən özü ilə spazma əleyhinə həb götürərək imtahana gəlib. O həddən artıq əsəbləşməsi səbəbinə görə dərman qutusunda olan bütün həbləri ( 50 ədəd) udub. Çox keçmədən özünü pis hiss edən şagird barədə sinif rəhbərinə məlumat verilib.
Məktəbə təcili tibb yardım çağırılıb, qız kəskin zəhərlənmə dioqnozu ilə xəstəxanaya yerləşdirilib.