Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 10:47:00
"Pioner hərəkatı" yaradılır

Rusiya Prezidenti Vladimir Putin dövlət nümayəndələrini Rusiya uşaq və gənclərin "Birincilər hərəkatı"nın "Pionerlər hərəkatı"na çevirilməsi haqqında  yenidən düşünməyə çağırıb.

AzEdu.az xəbər verir ki, Prezident baş nazirin müavini Tatyana Qolikovadan Rusiyada artıq mövcud olan uşaq və gənclər hərəkatının adını soruşub və dəqiqləşdirib:

"“Birincilər" kimdir? Bunlar pionerlərdir, elə deyilmi?".

"Köhnə şəkildə bunu belə deyə bilərsiniz",- Qolikova razılaşıb.

- Köhnə üsulla, yeni üsulla - necə oldusa, elə də var və ondan uzaqlaşmaq olmaz. Bu termin, bu ad, komsomoldan fərqli olaraq heç bir ideoloji məzmun daşımır. Xahiş edirəm, bu barədə düşünün, - deyə Putin bildirib.

- Vladimir Vladimiroviç, uşaqlar öz hərəkətlərinin adlarını artıq seçiblər ...

- Bilirəm... Ancaq bu barədə düşünməlisiniz. Uşaqlarla danışın, tamammı?

Bu dioloq Rusiyada “Pioner hərəkatı"nın artıq yaxın günlərdə ortaya çıxacağına işarə edir.

“Pioner hərəkatı" keçmiş Sovet İttifaqının uşaqlarla bağlı atributlarından biri idi. Bundan başqa “Oktyabryat” və “Komsomol” hərəkatları da var idi. "Pioner hərəkatı“ "Oktyabryat”dan sonra, “Komsomoldan” əvvəl gəlirdi.