Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 09:44:48
Şəmkirli şagird Norveç məktəbinə qəbul olunub

Şəmkir şəhər Kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi Səbinə Quliyeva tam təqaüdlə (65.000 $) Norveçin UWC Red Cross Nordic məktəbinə qəbul olub.

AzEdu.az-ın məlumatına görə, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Səbinə bu il UWC məktəblərinə Azərbaycandan seçilən top şagirdlərdən biri kimi qəbul edilib.

O, UWC Norveç məktəbində təhsil alaraq ölkəmizi təmsil edəcək ilk azərbaycanlı olacaq.

Səbinə Quliyeva növbəti iki tədris ilini (11 və 12-ci sinifləri orada IB (Beynəlxalq bakalavriat) proqramı üzrə davam etdirəcək.