Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 11:21:00
Müəllimlərə WhatsApp və Telegram-dan istifadə qadağan edildi

Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Təhsil və Elm Nazirliyi məktəblərə müəllimlərə şagirdlər və onların valideynləri ilə ünsiyyət üçün xarici messencerlərdən istifadə etməyi qadağan edən sənəd göndərib.

AzEdu.az xəbər verir ki, bu barədə 74.RU saytına adının açıqlanmasını istəməyən məktəb direktoru bildirib.

Telegram, Viber, WhatsApp, Discord, Microsoft Teams, Skype for Business, Snapchat kimi social ünsiyyət vasitələrindən istifadə qadağan edilməklə yanaşı, onların əvəzində  müəllimlərə VKontakte və Sferum kimi əlaqə vasitələrindən  istifadə etmək təklif olunur.