Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 09:42:00
Hicabsız qızlara qarşı küçə hücumları adi hal alıb

İran hakimiyyət orqanları əllərində olan vasitələrdən və könüllülərdən istifadə edərək hicabsız qadınlara və hətta məktəbli qızlara hücumlar təşkil edir.

AzEdu.az xəbər verir ki, ötən həftə sosial şəbəkələrdə bir kişinin hicabsız iki qadının üzərinə qatıq tökdüyünü əks etdirən video yayılıb. Daha sonra bu qadınlar İslam qaydalarını pozanlar kimi həbs ediliblərək polisə aparılıblar.

İran prezidenti İbrahim Rəisi ötən şənbə günü öz çıxışı zamanı bir daha bəyan edib ki, İran qadınları hicab taxmalıdırlar, çünki bu, onların İslam dini qarşısındakı borclarıdır.

Bununla belə, İran məhkəməsinin başçısı Qulam Hüseyn Mohseni-Ejei bildirib ki, kütləvi repressiyalar qadınları qaydalara riayət etməyə təşviq etmək üçün heç də uyğun vasitə deyil.