Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 11:34:00
Hicabsız qızları aşkarlamaq üçün məktəblərdə “ağıllı kamera"lar quraşdırılır

İran hakimiyyət dairələri hicab taxmayan və bununla da İslam qanunlarını pozan qadınları müəyyən edəcək müşahidə kameraları quraşdırmağa başlayıb. Bu kameralar əsasən təhsil müəssisələrini müşahidə altında saxlayacaq.

AzEdu.az xəbər verir ki, İran polisinin açıqlamasında qeyd edildiyi kimi, bu yolla aşkarlanan və müəyyən edilən “qanun pozucuları"na atdıqları addımlar barədə xəbərdarlıq mesajları göndəriləcək. İran hüquq-mühafizə orqanlarının fikrincə, bu, qız məktəblərində və ictimai yerlərdə “hicab qanununa qarşı müqavimətin” qarşısını almağa kömək edəcək.

Rusiya da hakimiyyət orqanları müxalifətçiləri və cinayətkarları  axtarmaq üçün xarici müşahidə kameralarından fəal şəkildə istifadə edir. Bu cür kameraların böyük bir şəbəkəsi Moskva metrosunda quraşdırılıb.

İran isə ötən il ölkəni bürümüş kütləvi etirazlar fonunda “ağıllı kamera"lardan istifadə etmək qərarına gəlib.

Dekabr ayından bəri İranda minlərlə etirazçı həbs edilib və ittiham olunanlardan 4-ü edam edilib.

İran konstitusiyasına görə, qadınlar başlarını hicab (baş örtüyü) ilə örtməlidirlər. Bu qayda 1979-cu il İslam İnqilabından sonra tətbiq edilib. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.

Şənbə günü polisin bəyanatında hicab "İran xalqının sivilizasiya əsaslarından biri" kimi təsvir edilib.