Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 09:16:00
Yetkinlik yaşına çatmayanlara elektron siqaret satılmayacaq

Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda yetkinlik yaşına çatmayanlara elektron siqaretlərin satışına qadağa qoyan qanun layihəsini qəbul edib.

AzEdu.az xəbər verir ki, qanun 18 yaşına çatmayanlara nikotinsiz olan elektron siqaretlərin, eləcə də onlar üçün mayelərin satışını qadağan edir.

Bundan əlavə, mağazalarda və avtomatlarda elektron siqaretlər və onların komponentlərinin açıq nümayişi və reklamı, habelə onların satışı qadağandır.

Qanun layihəsi elektron siqaret və mayelərə endirimləri qadağan edir, həmçinin, nikotin tərkibli məhsullar üçün minimum qiymət təklif edir.