Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 17:00:00
Qazaxıstanda Azərbaycan məktəbi açılıb

Qazaxıstanın Şu şəhərində fəaliyyət göstərən “Azərbaycan” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Azərbaycan həftəsonu məktəbi açılıb.  

AzEdu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Azərbaycan həftəsonu məktəbinin ilk dərsində birliyin sədr müavini İsmayıl Məmmədov iştirak edib. O, şagirdləri, müəllimləri və valideynləri məktəbin fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan dilinin mənimsənilməsi prosesində onlara uğurlar arzulayıb. Doğma dilimizi öyrənməyin önəmindən danışan soydaşımız şagirdlərə Azərbaycan dövləti və ölkəmizin rəmzləri barədə məlumat verib.

Azərbaycanda tətil günlərini keçirmiş məktəblilər tarixi vətənləri barədə təəssüratlarını bölüşüblər, doğma dilimizdə şeirlər söyləyiblər.