Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 09:54:00
Ukraynada öldürülən uşaqların sayı 501-ə çatıb

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel 2022-ci ilin fevralından - Rusiyanın genişmiqyaslı işğalına başladığı vaxtdan bəri Ukraynada ən azı 501 uşağın  öldürüldüyü barədə məlumat verib.

AzEdu.az xəbər verir ki, Ketrin Rassel bu barədə Tvitter-də yazıb: "Ukraynanın uşaqları və ailələri üçün bu böyük bir faciədir”.

Eyni zamanda Russell xəbərdarlıq edib ki, real rəqəm ehtimal ki, BMT agentliyinin təsdiq etdiyi rəqəmlərdən xeyli yüksəkdir.

Bundan əlavə, o, 1000-ə yaxın ukraynalı uşağın yaralandığını deyib. UNİCEF rəhbəri əlavə edib ki, müharibə zamanı uşaqların aldığı yaralar ömür boyu onları müşayiət edə bilər.

Ketrin Rassel yazır: "Harada yaşamasından asılı olmayaraq hər bir uşaq, dinc bir mühitdə böyüməyə layiqdir. Heç kim zorakılıq və qorxu ilə dolu uşaqlıq yaşamamalıdır".