Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 09:30:00
Yuxarı sinif şagirdləri də mitinqlərə qoşulub

Fransada orta məktəb şagirdləri pensiya yaşının artırılmasına etiraz olaraq 500 məktəbi bağlayıb.

AzEdu.az
xəbər verir ki, gənclər ölkə üzrə ən azı 450 liseyin qarşısını kəsiblər.

Etirazçıların liderlərindən biri də Voix Lisey şagirdləri birliyinin mətbuat katibi 15 yaşlı Nade Manesdir. Onun sözlərinə görə, yeniyetmələrin məqsədi təkcə pensiya islahatının ləğvi deyil, həm də bakalavr pilləsi sisteminə yenidən baxılmasıdır ki, bu da lisey şagirdlərinə yaşamağa, iş axtarmağa, normal biliklər əldə etməyə kömək edəcək.

Fransadakı liseylər bizim məktəblərin  üç yuxarı sinifinin  analoqudur. Lisey şagirdlərinin orta yaşı 15-17 həddindədir. Bakalavr dərəcəsi liseyi bitirdikdən sonra imtahanların nəticələrinə əsasən verilir.

Fransa həmkarlar ittifaqlarının pensiya islahatına qarşı keçirilən ümummilli etiraz aksiyalarında, lisey şagirdlərinin və müəllimlərin həmkarlar ittifaqı təşkilatları iştirak edir. Parlamentdə müzakirəyə çıxarılan islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını, həmçinin xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tuturdu.