Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 09:35:00
30 yaşdan aşağı olan müəllimlər cəmi 14 faizdir

Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, Rusiyada cəmi 150 min müəllim 30 yaşdan aşağıdır. Bu, müəllimlərin ümumi sayının 14%-indən azdır .

AzEdu.az xəbər verir ki, Qolikovanın sözlərinə görə, 1.1 milyona yaxın olan  müəllim ştatının 2%-i vakant olaraq qalır.

Tatyana Qolikova Rusiya Təhsil Nazirliyini “müəllimlərə dəstək tədbirlərinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsini təmin etməyə” çağırıb. Onun sözlərinə görə, “müəllimlərə maliyyə baxımından dəstək olmaq üçün bütün mümkün variantları işləyib hazırlamaq lazımdır”.


Bəs Azərbaycanda bu sahədə statistika nə deyir? Müəllimlərə maliyyə baxımdan dəstək olmaq üçün hansı tədbirlər görülür?

Sizi maraqlandıran və narahat edən bu və ya digər suallar ətrafında təhqiqatlarımız olacaq. Bizi izləyin.