Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 10:58:00
İranda xarici dillərin tədrisi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir

İranda ingilis dilinin xarici dil kimi tədrisi və öyrənilməsi sahəsində yeni qaydalar müəyyənləşdirilir.

AzEdu.az xəbər verir ki, bu barədə İran təhsil nazirinin müavini Əhməd Mahmudzadə bildirib. Onun dediyinə görə, ingilis dilinin hegemonluğuna son qoymaq niyyətindədirlər. Bu vaxta qədər İranda mövcud olan orta məktəblərin 90 faizində xarici dil kimi ingilis dili öyrənilirdi və bu vəziyyət ali liderin tənqidinə hədəf olmuşdu. Çıxışlarının birində o bu dilin hətta uşaq bağçalarında tədris olunmasını ironiya ilə diqqətə çatdırmışdı.

Əlbəttə Əli Xameneyinin imkanı olsaydı, bu dilin İranda öyrənilməsini ümumiyyətlə qadağan edərdi. Amma görünür buna gücü çatmır. Yəqin onu başa salıblar ki, ingilis dili müasir dünyada cəmiyyətin inkişafı və dünyada gedən prosesləri izləmək üçün əsas vasitələrdən biridir.

Xameneyini narazı salan digər məsələ orta məktəb dərsliklərinin məzmunu ilə bağlıdır. Onun fikrincə, dərsliklər İrandakı hakim ideologiyadan uzaqlaşıb. Onların məzmunu da İslam ideologiyası ilə uyğunlaşdırılmalıdır. Təhsil Nazirliyində bu sahədə də addımlar atılacağı bildirilib.

Xameneyi  və onun ətrafındakı mühafizəkar dəstə hesab edir ki, qadınların son aylardakı çıxışlarının səbəbi onların təhsil və tərbiyələrinin düzgün aparılmamasıdır. Yəni, uşaq bağçalarından başlayaraq İslam atributları uşaqlara təlqin edilməlidir. Elə hicab da...