Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 10:32:00
Sertifikasiyada müəllimlərin 66 faizi 2-ci mərhələyə keçib

Müəllimlərin sertifikatlaşdırılması prosesi Ukraynada da geniş şəkildə tətbiq olunur.

AzEdu.az xəbər verir ki, bu ölkədə də müəllimlərin sertifikatlaşdırılması iki mərhələdə aparılır. 

Ukraynada sertfikalaşdırmaya ibtidai məktəbdən başlayıblar. Təhsilin keyfiyyəti üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, bu prosesdə iştirak edən ibtidai sinif müəllimlərindən 66 faizi ikinci mərhələyə keçid balını toplaya bilib. Bu müəllimlərin ikinci mərhələdə iştirakı ilə əlaqədar hazırlıq işləri görülür. Aprel ayının əvvəllərində ikinci mərhələ ilə bağlı zəruri sənədlər və anket forması elektron formada iştirakçılara göndəriləcək.