Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 17:08:00
Kosmik hava proqnozu açıqlanıb

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Bu barədə AzEdu.az-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, hazırda Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur. Geomaqnit sahə sakitdir (+1 Kp).

 

Martın 27-dən aprelin 2-dək C sinif alışmanın başvermə ehtimalı 90 faiz, M sinif (R1-R2) 10 faiz, X sinif isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV olan elektron selinin martın 27-dən 29-dək tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin (CH HSS – Coronal Hole High Speed Streams) təsirindən yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

 

Geomaqnit sahənin həftə ərzində aktiv olacağı proqnozlaşdırılır. Belə ki, martın 27- 28-də mənfi qütblü CH HSS təsiri nəticəsində Günəş küləyinin sürətinin bir qədər də artacağı gözlənilir. Martın 30-da isə G1 sinifli maqnit qasırğası proqnozlaşdırılır.