Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 12:46:00
Azərbaycanda erməni dilini harda öyrənmək olar...

Ermənistanda Azərbaycan və Türk dillərinin öyrənilməsinə maraq böyükdür və hətta oradakı orta məktəblərdə Azərbaycan və Türk dillərinin tədris olunması barədə məlumatlar var. Ermənilərin özləri iddia edirlər ki, erməni gəncləri bəzən rus dilindən daha çox Azərbaycan və Türk dillərinin öyrənilməsində üstünlük verirlər. Bu nə ilə bağlıdır?

Bəlkə erməni gəncləri gələcəyi öz valideynləri olan böyüklərindən daha yaxşı görürlər və hesab edirlər ki, gec-tez azərbaycanlılar və türklərlərlə birlikdə yaşmağa məcburdurlar? Yaxud onlar bu dilləri öyrənməklə gələcəkdə xüsusi xidmət orqanlarında daha yaxşı iş tapmaq arzusundadırlar?

Bu fenomen Azərbaycan tərəfindən ciddi araşdırılmalıdır. Hələlik isə onu demək kifayətdir ki, Ermənistanda Azərbaycan və Türk dillərini öyrənmək üçün dərsliklər də nəşr olunub və yaxın gələcəkdə dilin tədrisi üzrə kitabların da çapı gözlənilir.

Bu sahədə Azərbaycanda vəziyyət necədir? Bizim universitetlərimizdə erməni dilinin öyrənilməsi ilə bağlı kurslar varmı? Gənclərimiz bu dilin öyrənilməsində nə dərəcədə maraqlıdır?

AzEdu.az bu istiqamətdə kiçik bir araşdırma aparıb. 

Öncə erməni dilini tədris edən kursların mövcudluğu barədə məlumat almaq istədik.

Azərbaycan Dövlət İqtisad Universitetidə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində bu tipli kursların mövcudluğu barədə xəbərlər bizi sevindirdi.

Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində erməni dilinin xarici dil kimi tədris olunması bu məsələnin Azərbaycan dövlətinin nəzarəti altında olduğunu düşünməyə əsas verir. Amma bu faktın kütləvi hal alması düşünürük ki, indi əsas məqsədlərimizdən birinə çevrilməlidir.

Bakı Dövlət Universitetini Şərqşünaslıq fakültəsinin nəzdində Erməni dili və ədəbiyyatı kafedrasının açılmasının vaxtı çoxdan çatıb.

Düşünürük ki, orada Çin, yapon, Koreya üzrə mütəxəssislərlə yanaşı, Ermənistan üzrə mürtəxəssislərin hazırlanmasına da başlanılmalıdır. Nə qədər ki, bu dili tədris edən mütəxəssislərimiz var, onlarln imkanlarından istifadə edək. Sonra gec ola bilər.