Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 11:35:00
Müəllimlər yanvarın məvaciblərini ala bilmir 

Rusiyada dövlət büdcəsindən maliyyələşdirilən müəssisələr uzun müddətdən bəri ilk dəfədir ki, əmək haqlarının gecikdirilməsi ilə üzləşirlər.

AzEdu.az xəbər verir ki, Rusiya Dövlət Statistika Xidmətinin xəbərlərinə görə, yanvar ayında dövlətin müəllimlərə borcu 162 milyon rubl təşkil edib. Ötən il bu rəqəm 17 milyondan artıq deyildi.

Məlumata görə məvaciblərin gecikməsinə səbəb  biznes strukturlarında vergi toplamalarının vaxtında yerinə yetirilməməsi olub. Problemin yaxın zamanlarda həll olunacağına ümid azdır. Çünki dövlət strukturlarının etiraf etmədiklərinə baxmayaraq, bu vəziyyət Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyaya tətbiq olunan sanksiyaların birbaşa təsiridir.

Digər tərəfdən, Rusiya işğal altında saxladığı Ukrayna ərazilərində də yenidənqurma işləri görür ki, bu da dövlət büdcəsindən əlavə ayrılmalarla nəticələnir. Belə davam edərsə, yaxın gələcəkdə Rusiyada büdcədən maliyyələşdirilən dövlət müəssisələrində maaş və kompensasiyaların ödənilməsində kütləvi kecikmələrin baş verməsinə şahid olacağıq.