Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 12:10:00
Magistraturada təhsil müddəti 1 ilə endirilir 

Rusiyada ali təhsil sahəsində ediləcək dəyişikliklərdən sonra magistraturada təhsil müddətinin 1 ilə edndirilməsi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya təhsil və elmn aziri Valeriy Falkov bildirib.

Nazirin sözlərinə görə, magistratura pilləsinə əsas ali təhsil pilləsinin davamı, daha dərinləşdirilmiş təhsil forması kimi baxmaq lazımdır. Eyni zamanda, nazirin fikrincə magistr hazırlığı ilə Rusiyada mövcud olan ali məktəblərin hamısı deyil, bunun üçün xüsusi kadr, təşkilati və maliyyə imkanları olanlar məşğul olmalıdır.

Qeyd olunmalıdır ki, bir il bundan öncə, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra Rusiya universitetləri 2003-cü ildə qoşulduqları Avropa təhsil platforması olan Bolonya sistemindən çıxarıldılar. Artıq bir ildir ki, Rusiya təhsil sistemində ciddi dəyişikliklərin baş verəcəyi barədə məlumatlar dolaşır. Amma Prezident Putinin də bu yaxınlarda təhsillə bağlı islahatların anonsunu verməsinə baxmayaraq, hələ bu sahədə qərar qəbul olunmayıb. Mübahisəyə səbəb olan məsələlərin əsasında magistratura pilləsinin saxlanıb-saxlanılmaması dayanır.  Amma nazirin son bəyanatı bu təhsil pilləsinin yalnız aparıcı universitetlərdə saxlanacağını təsdiqləyir.

Magistratura pilləsində təhsil müddəti bu vaxta qədər Rusiya ali məktəblərində 2 il idi.