Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 12:21:00
Ermənistanda Azərbaycan dilində dərs deyən müəllimlər çatışmır

Ermənistan məktəblərində yuxarı siniflərdə oxuyan şagirdlərə fakultativ kimi fars, Azərbaycan, Türk dilləri tədris olunur. Yəni uşaqlar öz istəklərinə uyğun olaraq bu dillərdən birini seçməlidirlər. Maraqlı cəhət orasındadır ki, son illər şagirdlər arasında Türk və Azərbaycan dilini öyrənmək istəyənlərin sayı çoxalıb və Ermənistan Təhsil Nazirliyi artan tələbi ödəməkdə çətinlik çəkir.

AzEdu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qonşu ölkədə fars, Azərbaycan, Türk dilləri üzrə dərs deyən müəllimlər çatışmır.

Vəziyyət  o yerə çatıb ki, bu sahədə təhsili olmayan, Türk və Azərbaycan dilini qismən bilən müəllimlərə də dərs demək icazəsi verilir.

Bu barədə jurnalistlərə müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.

Maraqlıdır, Azərbaycan məktəblərində erməni dili tədris olunurmu? Bu barədə aidiyyatı olan orqanlarldan öyrənməyə çalışacağıq.