Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 11:33:00
Rus dili lüğətinə yeni əlavə edilən SÖZLƏR

Rus dilinin orfaqrafiya lüğətinə üç yeni söz əlavə edilib. Bu barədə Rusiya Elmlər Akademiyasının Rus Dili İnstitutu məlumat verib.

AzEdu.az xəbər verir ki, yeni əlavə olunan sözlər bunlardır: “kaptyor”, “fotovideofiksatsiya” və “poçtomat” («коптер», «фотовидеофиксация» и «почтомат»).

Rus Dilinin Orfoqrafiya Lüğəti 200 min söz və adlardan  ibarətdir. Rus Dili İnstitutu mütəmadi olaraq yeni söz və söz birləşmələrini lüğətə əlavə edir.

2022-ci ilin sentyabrında orfoqrafiya lüğətinə 151 yeni söz əlavə edilmişdi. 28 fevralda Rusiya Prezidenti Vladimir Putin rus dilini alınma sözlərdən qorumaq üçün qanun imzalayıb. Bu qanun Rus dilini əsaslandırılmamış alınmalardan qorumaq məqsədini güdür.

Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı məsələlərlə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi məşğul olur. Mərkəzi mütəmadi olaraq dilimizin leksik tərkibinə edilən əlavələr və dəyişikliklər barədə ictimaiyyətə məlumat verir.

Bu sahədə son yenilikləri və Orfoqrafiya lüğətimizdəki sözlərin sayı barədə təhqiqatımızı yaxın günlərdə Azedu.az portalının oxucularına təqdim edəcəyik.