Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 13:22:00
Qızların zəhərlənməsində Xameneyi günahkardır?..

Bu barədə vaxtilə İslam İnqilabının təfdarlarından biri, hazırkı ali liderin müttəfiqi olmuş Əbulfəz Qadiani bildirib.

AzEdu.az xəbər verir ki, Əbulfəz Qadianinin dediklərinə görə, aki lider hələ cavan vaxtlarından qadınlara mənfi münasibəti ilə seçilirdi.

Ali lider olduğu müddət ərzində o, qadınların hüquqlarını müdafiə edən heç bir qanunun təşəbbüskarı olmayıb. Əksinə, İran qadınlarının hüquq və azadlıqlarını məhdudlaşdıran bütün təkliflər Xameneyi tərəfindən qəbul olunub və həyata vəsiqə qazanıb. İran Konstitusiyasına hicabı məcbur edən əlavənin də ən böyük təşəbbüskarı elə Xameneyidir.

Qadınların hicabdan qurtulmaq üzrə apardıqları mübarizə ali liderin onlara qarşı nifrətini daha da artırıb. Məhz ona görə də müxtəlif üsullarla ölkədə daha da artmaqda olan qadın çıxışlarının qarşısını ala bilməyən ali lider SEPAH-a bütün vasitələrdən istifadə etməyi tapşırıb. Təki mitinqlər bitsin. SEPAH da öz növbəsində qızların zəhərlənməsi ilə bağlı əməliyyatı təsdiq etmək üçün Xameneyiyə təqdim edib. Ali lider də bu əməliyyatın nə ilə nəticələnə biləcəyini düşünmədən əməliyyata "yaşıl işıq" yandırıb. Qadınlardan qisas almaq əməliyyatının əsası belə qoyulub.

Vəziyyətin artıq hakimiyyət orqanlarının əleyhinə işlədiyini görəndən sonra orada narahat olmağa başlayıblar və İranın ali  rəhbəri Xameneyi bu hadisədə əli olanların  tapılıb cəzalandırması  haqqında sərəncam verib.  Amma təbii ki, heç kim tapılmayacaq və cəzalandırılmayacaq.

Əbülfəz Qadiani 2009-cu ilə qədər Xameneyini dəstəkləyən sol təmayüllü inqilabçı qrupun üzvüdür. O dövrdə Xameneyinin Mahmud Əmədinejadın prezident olmasına üstünlük verməsi qrupun digər üzvləri kimi, Qadianinin də Xameneyi ilə yollarının ayrılmasına səsbəb olmuşdu. İndi bu qrup İran daxilində ali rəhbərə müxalifətdə dayanan qüvvə hesab olunur.