Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 15:41:52
Azərbaycanlı gənclər xaricdə təhsil üzrə bu ali məktəblərdə oxuyacaqlar - SİYAHI

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali məktəblər üzrə ilkin siyahısı açıqlanıb.


AzEdu.az xəbər verir ki, Dövlət proqramı üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib ki, qeydiyyatdan keçmək üçün heç bir limit yoxdur. İstənilən yaşda hər kəs müraciət edə bilər. 

“Hökümətlərarası proqram ilə təhsil dövlətlərlə qarşılıqlı şəkildə aparılır. Digər iki qol isə Dövlət Proqramı və dövlət xətti ilə təhsil almaqdır. Bəzən vətəndaşlar hər iki proqrama müraciət edir, bu zaman problemlər yarana bilir. Sadəcə biz tövsiyə edirik ki, yalnız birinə müraciət etsinlər”.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali məktəblər üzrə ilkin siyahını aşağıdakı linkdə təqdim edirik:

https://dp.edu.az/uploads/fileuploads/2023/01/08ee63a7995e4cd49c650c0951d47925.pdf