Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 11:31:00
Təhsil proqramına yeni fənn salına bilər - TƏKLİF

Təhsil proqramına (kurikuluma) təhsilalanlar tərəfindən qeyri-maddi irs nümunələrinin mənimsənilməsini nəzərdə tutan tədris fənninin daxil edilməsi təklif olunur.

 

AzEdu.az xəbər verir ki, bu,“Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, qeyri-maddi mədəni irsin formal təhsil vasitəsilə ötürülməsinin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın tabeliyində olan təhsil müəssisələri tərəfindən Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irsin təbliği həyata keçirilməli və təhsil proqramına (kurikuluma) təhsilalanlar tərəfindən qeyri-maddi irs nümunələrinin mənimsənilməsini nəzərdə tutan tədris fənni daxil edilməlidir.

 

Vətəndaşların qeyri-maddi mədəni irs üzrə qeyri-formal və informal təhsil vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsinin və onlara müvafiq sənədin verilməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulub.

 

Eyni zamanda qeyri-maddi mədəni irs üzrə qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

 

Bütün bunlar “Təhsil haqqında” qanunla da tənzimlənəcək.