Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 11:50:00
Şagirdlərin dərsə gecikməsinin qarşısını necə alaq...

Şagirdlərin dərsə gecikməsi ilə rastlaşmayan müəllim yoxdur. Gecikən uşaqların ehtiyatda çoxlu sayda ciddi “səbəbləri” var və müəllim bu səbəblərin qarşısında çox zaman aciz qalır. Bu sahədəki təklif olunan pedoqoji metodlar da öz effektini vermir.

Azedu.az portalı kimi şagirdlərin dərsə gecikməsinin nə qədər ciddi problem olduğunu nəzərə alaraq, biz bu məsələni böyük pedoqoji təcrübəyə malik olan və ya gənc, lakin dərsə gecikən uşaqlarla mübarizədə artıq  sınanmış metodu olan pedoqoqlarımızla müzakirə etmək istəyirik.

Hörmətli müəllimlər və bizim dəyərli oxucularımız!

Siz şübhəsiz  tez-tez belə hallarla  rastlaşırsınız. Bəlkə vəziyyətin qarşısını almaq üçün özəl metod da işləmisiniz. Uşaqların dərsə gecikməsinin qarşısını necə aldığınız və bu sahədə rastlaşdığınız maraqlı hadisələr barədə məlumat verin. Bəlkə Sizin metodunuz bu sahədə çətinlik çəkənlərə fayda verəcək. Maraqlı yazılarınızı müzakirəyə çıxaracaq və bizim dəyərli müəllimlərimiz olan oxucularımızla bölüşəcəyik. Hətta ən maraqlı yazı üçün mükafatımız da var.

Sizi gözləyirik!