Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 15:34:00
Abituriyentlərin sınaq imtahanı ilə bağlı iradları qəbul olunmadı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçirildi.

 

Bəzi abituriyentlər imtahanda informatika fənnindən düşən sualların məktəb dərslərində keçilmədiyini, ədəbiyyatdan kənar sulların tərdib olunduğunu iddia ediblər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təlimçi, informatika müəllimi Yadigar Əliyev imtahanın tərtibi ilə bağlı fikirlərini bildirib:

 

“Keçirilən sınaq imtahanında informatika fənnindən dərslikdən və ədəbiyyatdan kənar mövzular tərtib olunmamışdı . Abituriyentlər suallara diqqətlə nəzərdən keçirsələr, orta məktəb dərsliklərində çətin tipli sualların cavabını tapmaq üçün məlumatların olduğunu görərlər. Sınaq imtahanının çətin olduğunu düşünmürəm. Suallara nə çox asan, nə də çətin deyə bilərik. Çox kiçik nüanslarla sualın tərtibində kənaraçıxmalar olsa da, bunun ilk sınaq olduğunu nəzərə almalıyıq. Qəbul imtahanında bu kənaraçıxmaların olmayacağını qeyd edə bilərəm. Ümumilikdə proqramdan kənar heç bir mövzu sınaq imtahanına düşməmişdi”-deyə, o fikrini tamamlayıb.