Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 13:32:27
Sinif rəhbəri valideynlərdən pul istəyib? - Səs yazısına rəsmi REAKSİYA

Sosial şəbəkədə 49 nömrəli “İntellekt” məktəb-liseyin ingilis dili müəllimi Könül Həsənovanın şagirdlərdən müalicəsi üçün pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Bu barədə yayılan məlumatda bildirilib ki, ötən ilin dekabr ayında əməliyyat üçün Türkiyəyə gedən müəllim oradan rəhbərlik etdiyi sinfinə səs ataraq uşaqlardan pul tələb edib.

 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə İdarəyə daxil olub:

 

“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.