Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-22 14:44:00
DİM sədrindən tənqid – “Bizdəki kurikulumlar heç bir standarta uyğun deyil”

 

 

“Ali təhsil müəssisələrindəki kurikulumlar nə yerli, nə də beynəlxalq standartlara uyğun gəlir”.

 

 

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  maliyyə sahəsində savadlılığın artırılması üzrə anlaşma memorandumlarının imzalanması tədbirində deyib.

 

 

"Bu da ondan irəli gəlir ki, həmin şəxslər tələbləri ödəmirlər və onların bacarıqları əsasən nəzəri biliklər əsasında formalaşır. İstəyirik ki, tələbələrimiz lazımi peşə bacarıqlarına da sahib olsunlar. Lakin ali təhsil müəssisələrindəki kurikulumlarımız nə yerli, nə də beynəlxalq standartlara uyğun gəlir".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları