Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 12:00:00
Buraxılış və qəbulda BU MÖVZULARDA çətinlik yaşanıb-Təhsil İnstitutu

Təhsil İnstitutu 2021-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında şagird və abituriyentlərin hansı fənlər üzrə nə kimi mövzuları cavablandırmaqda çətinlik yaşadığını ictimaiyyətə təqdim edib.

 

İnstitutun direktoru Rüfət Əzizov  fənlər üzrə məlumatları şəxsi facebook səhifəsində diqqətə çatdırıb.

 

O, qeyd edib ki, 2021-ci ildə keçirilən buraxılış imtahanlarının təhlil nəticələrinə əsasən (2022-də də eyni çətinliklərin olduğu təxmin olunur) ana dilindən oxu məzmun xətti şagirdlərin çətinlik çəkdiyi sahələrdən biri olub.

 

Oxuyub-anlama, mətndə fikir və mülahizələrə münasibət bildirmək, mətndə irəli sürülmüş fikirləri dəyərləndirmək və sözlərin mənasını dəqiqləşdirməkdə şagirdlər çətinlik çəkib. Ana dilindən açıq kodlaşan və mətnlərin oxuyub cavablandırılmasını tələb edən suallara cavab verə bilməyiblər.

 

Həmçinin, direktor vurğulayıb ki, riyaziyyatdan həndəsə məzmun xətti şagirdlərin çətinlik çəkdiyi sahələrdən biri olub.

 

Səthin sahəsinin və kubun həcminin hesablanması, iki nöqtə arasında məsafə düstürü, koordinatlara görə çevrə tənliyinin yazılması, düz xəttin qrafiki və çevrənin düz xəttə nəzərən vəziyyəti haqqında suallara cavab verməkdə şagirdlər çətinlik çəkiblər.

 

Açıq kodlaşan suallarda bu xüsusilə müşahidə olunub.

 

Direktor söyləyib ki,  ingilis dilindən dinləyib-anlama məzmun xətti şagirdlərin çətinlik çəkdiyi sahələrdən biri olub.

 

Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirmək, əsas fikri müəyyən etmək və müraciətlər zamanı sualları anladığını nümayiş etdirməklə bağlı suallara şagirdlər cavab verə bilməyiblər.

 

Dinləyib-anlama, fikir və mülahizələrə münasibət bildirmək, mətndə irəli sürülmüş fikirləri dəyərləndirmək və sözlərin mənasını dəqiqləşdirməkdə şagirdlər çətinlik çəkiblər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları