Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 11:36:00
Qızlar  bütün fənlər üzrə daha çox bal toplayıb-Bu imtahanlarda

“2021-ci ildə keçirilən qəbul imtahanlarında qızlar oğlanlardan bütün fənnlər üzrə daha çox bal toplayıb”.

 

AzEdu.az xəbər verir ki bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov şəxsi facebook səhifəsində yazıb.

 

O, qeyd edib ki, 2021-ci ildə keçirilən 9-cu sinif buraxılış imtahanlarının təhlil nəticələrinə əsasən qız şagirdlər oğlanlardan çox bal toplayıb.

 

“Bu fərq ana dilində daha çox nəzərə çarpıb, qızların orta ballarının medianı təxminən 14, oğlanlarda isə 10 təşkil edir.

 

Fərqin keçən illərə nəzərən kəskin olmasında pandemiyanın rolu böyük olduğu təxmin olunur. Pandemiya şəraitində onlayn dərslərə və dəyişən dərs mühitinə qız şagirdlər daha yaxşı adaptasiya ola biliblər.

 

Müəllimlərimiz gələcək krizislər zamanı şagirdlərlə işdə tətbiq etdikləri pedaqoji alətlərin hamının öyrənməsinə xidmət etməsi gərəkdiyini nəzərə almalıdırlar”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları