Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 11:24:00
Abituriyentlər dinləmə mətnləri ilə bağlı sualları cavablandıra bilmirlər-Təhsil İnstitutu

 “Repetitor yanına getməklə dinləmə vərdişlərinə yiyələnmək mümkün deyil”.

 

AzEdu.az xəbər verir ki bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov şəxsi facebook səhifəsində yazıb.

 

 O, inglis dili fənni üzrə abituriyentlərin çətinlik çəkdiyi məqamlara diqqət yetirib:  

 

“2021-ci ildə keçirilən buraxılış imtahanlarının təhlil nəticələrinə əsasən (2022-də də eyni çətinliklərin olduğu təxmin olunur) ingilis dilindən dinləyib-anlama məzmun xətti şagirdlərin çətinlik çəkdiyi sahələrdən biri olub.

 

Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirmək, əsas fikri müəyyən etmək və müraciətlər zamanı sualları anladığını nümayiş etdirməklə bağlı suallara şagirdlər cavab verə bilməyiblər.

 

 

Dinləyib-anlama, fikir və mülahizələrə münasibət bildirmək, mətndə irəli sürülmüş fikirləri dəyərləndirmək və sözlərin mənasını dəqiqləşdirməkdə şagirdlər çətinlik çəkmişdir. Dinləyib-anlama səriştələrini yetişdirmək aşağı siniflərdən tədricən formalaşır. Dinləmək, müzakirə etmək, dinləyib danışmaq, alternativ fikirlər irəli sürmək, dinləyib müqaisəli analiz etmək, birgə dinləyib müzakirə etmək və s. vacib alətlər bu səriştələri uzun müddətdə formalaşdırır”.

 

O, dinləmə vərdişlərinin formalaşması üçün nə kimi tədbirlərin atılmalı olduğuna aydınlıq gətirib:

 

“Şagirdlərimiz, müəllimlərimiz və valideynlər xarici dillər üzrə mövcud olan çoxlu sayda dinləmə resurslarından davamlı istifadə etmələri gələcəkdə bu problemlərin qarşısını asanlıqla alacağını düşünürəm. Dinləyib - anlama səriştələrinin öyrənilməsi davamlı əzmkarlıq tələb edir. Repetitor yanına getməklə bu səriştələrə qısa müddətdə yiyələnmək mümkün deyildir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları