Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 10:55:00
Hələ də naməlum qalan işəqəbul prosesi, ləğv olunmayan qərar - Təhsil icmalı

 

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə- 11-17  aprel tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Buraxılış imtahanlarının nəticələri elan olunub:

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Buraxılış imtahanlarında 3 nəfərdə telefon aşkarlanıb:

 

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında 3 nəfərdə mobil telefon aşkarlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib:

 

Dövlət İmtahan Mərkəzi (DİM) 12 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

Bu barədə DİM-dən məlumat verilib.

 

İki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib:

 

 

IX sinif şagirdlərinin buraxılış imtahanı zamanı 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

 

Təhsil naziri Emin Əmrullayev Məktəbəqədər təhsil proqramı (kurikulumu) nı təsdiqləyib:

 

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

 

Bu il uşaq bağçalarının tərbiyəçiləri üçün təlimlər keçiriləcək:

 

Bu il üçün dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) tərbiyəçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub

 

Hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri əyani şəkildə fəaliyyət göstərir:

 

Gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı ola bilər. Mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır.

 

Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq:

 

Uşaq bağçalarına qəbula iyul ayından başlaması nəzərdə tutulub.

 

Bağçalarda işə qəbulla bağlı işçi qrup yaradılıb:

 

Uşaq bağçalarında tərbiyəçilərin və təhsilverənlərin işə qəbulu ilə bağlı müvafiq işçi qrup yaradılıb.

 

Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək:

 

Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb.

 

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə başlanılır:

 

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək.

 

Müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları