Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 13:57:00
Ceyhun Bayramov: "Bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yüksək yerdə olmaması tənqidlərə səbəb olur"

"Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər və bu, bəzi hallarda tənqidlərə də səbəb olur".

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda konfrasda deyib.

Nazir hesab edir ki, Azərbaycanın nəticəsinin yüksək olmaması həmin qiymətləndirmələrdə iştirak etməmək üçün əsas kimi göstərilə bilməz: "Bir məqamı xüsusi qeyd edim ki, beynəlxalq qiymətləndirmələrə bütün ölkələr iştirak etmir. Burada, əsasən, inkişaf etmiş ölkələr iştirak edir. Bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada cəsarət tələb edir. Hesab edirik ki, həmin beynəlxalq qiymətləndirmələrin nəticələri sıralamasında hansı yeri tutmağımızdan daha vacibi odur ki, həmin yerin tutulmasının analitik təhlili, buna səbəb olan təhsil amilləri barədə ölkəyə təqdim edilən çox geniş materiallardır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".

C.Bayramov qeyd edib ki, əsas məqamlardan biri də milli qiymətləndirmələrlə beynəlxalq qiymətləndirmə standartları arasında olan fərqlərdir: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq var. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunun Azərbaycanın təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir".