Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-25 15:00:00
Eyni vaxtda 11  azərbaycanlı gənc  nüfuzlu dünya universitetinə qəbul oldu-REKORD 

Dünya top universitetləri reytinqində 41-ci yerdə olan Cənubi Koreyanın ən yaxşı universiteti KAIST nəticələri açıqlayıb.

 

Universitet cəmi 80 xarici şagirdi bakalavra qəbul edib, onlardan 12-si azərbaycanlıdır.

 

AzEdu.az xəbər verir ki, bu qəbullardan 10 tələbənin bütün prosesini, 1 tələbənin isə imtahanlara hazırlığını Roof Academy komandası həyata keçirib.