Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-22 11:56:00
IELTS Rusiyada imtahanlara qeydiyyatı dayandırdı

IELTS ingilis dili test sisteminin sahibləri Rusiyada imtahanlara qeydiyyatı dayandırmaq qərarına gəliblər.

 

AzEdu.az xəbər verir ki, bu barədə “IELTS Students International” beynəlxalq imtahan mərkəzinin saytında dərc olunan məlumatda qeyd edilir.

 

“2022-ci il martın 17-dən Rusiyada heç bir IELTS imtahanına qeydiyyatdan keçmək mümkün deyil. Sonuncu kağız üzərində imtahan 19 mart 2022-ci il tarixində baş tutub”, - deyə bildirilir.